Главная > Dünya > Telefon enerji toplayan zaman ondan istifadə etmək təhlükəlidir
Telefon enerji toplayan zaman ondan istifadə etmək təhlükəlidir26-12-2020, 08:02. Разместил: azadses |
Smartfonu enerji ilə doldurarkən, batareya istilənir. Buna görə də, öz təhlükəsizliyiniz üçün sizə gələn zəngi cavablandıran zamanı ya mobil cihazın adapterini elektrik şəbəkəsindən ayırın, ya da səsgücləndirici ilə danışın. “Azad Səs”in məlumatına görə, bunu “Telecom” analitik agentliyinin direktoru Denis Kuskov “Praym” nəşrinə deyib. Onun sözlərinə görə, mövcud həyat ritmini nəzərə alsaq çoxları smartfonu gün ərzində bir neçə dəfə enerji ilə doldurmaq məcburiyyətindədir. “Hazırda smartfonları sürətlə,10-15 dəqiqə ərzində dolduran yeni texnologiyalar mövcuddur. Lakin bu zaman batareya isinir. Buna qalın telefon qutusu əlavə edilərsə, həddindən artıq istiləşmə ehtimalı yüksəkdir. Ona görə təhlükəsizlik baxımından cihazı şəbəkədən ayıraraq danışmaq daha yaxşıdır. Əlbətdə ki, telefonun əllərinizdə partlaya biləcəyi ehtimalı yoxdur, amma bu riski tamamilə aradan qaldırmaq daha yaxşıdır”.Report Вернуться назад |