Главная > Dünya > Sərnişin avtobusu aşdı, ölənlər və xəsarət alanlar var

Sərnişin avtobusu aşdı, ölənlər və xəsarət alanlar var


25-12-2020, 08:50. Разместил: azadses
Rusiyada Moskva-Volqoqrad reysi ilə sərnişin daşıyan avtobus Ryazan vilayətində aşıb.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bu barədə TASS Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 15 nəfər xəsarət alıb. Onlardan 4-ü ölüb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, xəsarət alanlardan 3-ü uşaqlardır. Xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağırdır. Onlar reanimasiyaya yerləşdiriliblər. Ağır vəziyyətdə olan yaralılar arasında 10 yaşlı uşaq da var.

Вернуться назад