Главная > Dünya > Ermənistanda son sutkada 23 nəfər koronavirusdan ölüb

Ermənistanda son sutkada 23 nəfər koronavirusdan ölüb


24-12-2020, 11:14. Разместил: azadses
Ermənistanda daha 702 nəfərdə koronavirus aşkarlanıb.

“Azad Səs” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 156 142 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 23 nəfər artaraq 2 714-ya çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 663-ə yüksəlib. İndiyədək 136 766 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 15 999 aktiv koronavirus xəstəsi var.Report


Вернуться назад