Главная > Dünya > Tramp İrana xəbərdarlıq etdi

Tramp İrana xəbərdarlıq etdi


24-12-2020, 10:05. Разместил: azadses
ABŞ Prezidenti Donald Tramp İraqdakı raket hücumlarına görə İranı günahlandırıb.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri “Twitter” hesabında yazıb.
Donald Tramp hücumlar zamanı ABŞ vətəndaşları öləcəyi halda Tehranı məsuliyyətə cəlb etməklə hədələyib.
“Bağdaddakı səfirliyimiz bazar günü hücuma məruz qalıb. Üç raket zərbəsi endirilib. Tapın görək haradan? - İrandan. İndi biz İraqdakı amerikalılara qarşı yeni hücumların səslərini eşidirik. Mənim İrana dostyana məsləhətim: əgər ABŞ vətəndaşlarından kimsə ölsə, mən İranı məsuliyyətə cəlb edəcəm”, - deyə D.Tramp qeyd edib.


Вернуться назад