Главная > Dünya > Gürcüstan PUA-lar alacaq

Gürcüstan PUA-lar alacaq


22-12-2020, 17:03. Разместил: azadses
2021-ci ildə Gürcüstan operativ, taktiki kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları alacaq”.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri vəzifəsini icra edən İrakli Qaribaşvili parlamentdə dinləmələr zamanı bildirib.
 
O deyib ki, manevr və artilleriya bölmələri müasir uçuş texnikaları ilə təchiz olunacaq, radioelektron və kəşfiyyat-müşahidə aparat və vasitələri hazırlanacaq.


İ.Qaribaşvili gələn il müasir daşınan zenit-raket sistemlərinin də alınmasının planlaşdırıldığını qeyd edib.



Вернуться назад