Главная > Dünya > Polkovnik-leytenant intihar etdi

Polkovnik-leytenant intihar etdi


22-12-2020, 16:02. Разместил: azadses

Moskvada Rusiyanın Federal Mühafizə Xidmətinin polkovnik-leytenantı intihar edib.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, hadisə Moskvanın şimal-şərq hissəsində yerləşən Ostankino rayonunun Tsandra küçəsində baş verib.
 
Həmin küçədə Federal Mühafizə Xidmətinin bölmə rəisinin müavininin meyiti aşkarlanıb.
 
“RİA Novosti”nin yaydığı məlumata görə, FMX-nın zabitinin evindən intihar məktubu aşkarlanıb. Məktubda onun könüllü olaraq bu addımı atdığı qeyd olunub.
 
Qeyd edək ki, Federal Mühafizə Xidmətinın əsas funskiyası ölkə prezidenti və ali məmurların, eləcə də federal hakimiyyət orqanlarının binalarının təhlükəsizliyini təmin etməkdən ibarətdir.

Вернуться назад