Главная > Dünya > Gürcüstanda kibercinayətkarlıqla mübarizə polisi yaradılacaq

Gürcüstanda kibercinayətkarlıqla mübarizə polisi yaradılacaq


22-12-2020, 15:47. Разместил: azadses
Gürcüstanın bütün iri şəhərlərində kibercinayətkarlıqla mübarizə üzrə polis bölmələri yaradılacaq.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri vəzifəsini icra edən Vaxtanq Qomelauri parlamentdə dinləmələr zamanı bildirib.
Onun sözlərinə görə, bölmələr xüsusi proqram təminatı və texniki vasitələrlə təchiz olunacaq: “Kibercinayətkarlıqla mübarizənin effektivliyini artırmaq məqsədilə qanunvericilik bazası gücləndiriləcək, Avropa və ABŞ-ın cinayətkarlığın bu növü ilə mübarizədə aparıcı qurumları ilə operativ əməkdaşlıq dərinləşdiriləcək”.
Qeyd edək ki, bu il qonşu ölkədə 152 kibercinayətkar saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. İllik müqayisədə bu kateqoriyaya aid qanunsuz əməllərin sayı 24% artıb.

Вернуться назад