Главная > Dünya > Müxalifət Paşinyana 4 istiqamətdən hücuma keçdi - İrəvan AYAĞA QALXDI

Müxalifət Paşinyana 4 istiqamətdən hücuma keçdi - İrəvan AYAĞA QALXDI


22-12-2020, 14:56. Разместил: azadses
Ermənistan baş naziri Nikol Paşinyanın istefasına nail olmaq üçün dörd konstitusiya və qanuni mexanizm mövcuddur.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu müxalifət mitinqində "Daşnaksütyun"un üzvü İşxan Saqatelyan deyib.

O bildirib ki, müxalifət öz məqsədini yalnız konstitusiya metodları ilə həyata keçirəcək.

Birinci seçim - baş nazir istefasını şəxsən elan edir, ikinci yol - parlament növbədənkənar iclas çağırır və Paşinyanın istefası məsələsini müzakirə edir. Üçüncü yol - Baş Prokurorluq xəyanət səbəbi ilə cinayət işi açır, dördüncü yol - hökumət nazirlərin 2/3 hissəsinin tələbi ilə növbədənkənar iclas çağırır və baş nazirin istefasını müzakirə edir.
Saqatelyan müxalifətin dörd istiqamətdə də çalışacağını, təxribatlara qapılmayacaq şəkildə bacarıqlı və məqsədyönlü şəkildə işləyəcəyini bildirib.
Xatırladaq ki, dekabrın 22-də müxalifət genişmiqyaslı aksiyalar günü ilə yanaşı, ümummilli tətil elan edib.

Вернуться назад