Главная > Dünya > Gürcüstanda ötən sutkada 3 064 nəfər koronavirusa yoluxub

Gürcüstanda ötən sutkada 3 064 nəfər koronavirusa yoluxub


22-12-2020, 10:22. Разместил: azadses
Gürcüstanda son sutkada daha 3 064 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 3 740 nəfər sağalaraq evə buraxılıb, 42 pasiyent isə vəfat edib.
''Azad Səs'' xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19-a 212 526 yoluxma halı təsdiqlənib. Yoluxanların 188 408-i sağalıb, 2 182-si isə ölüb.
Hazırda karantin zonalarında 470, stasionar nəzarətdə 6 358 nəfər saxlanılır. Xəstəliyi yüngül formada keçirən 1 671 nəfər isə xüsusi otellərdə müalicə olunur.Report

Вернуться назад