Главная > Dünya > Əhaliyə peyvənd vurulmasına başlanıldı – Əvvəlcə bu şəxslər...

Əhaliyə peyvənd vurulmasına başlanıldı – Əvvəlcə bu şəxslər...


22-12-2020, 09:32. Разместил: azadses
ABŞ-ın Nyu Cersey ştatında COVİD-19-a qarşı peyvəndlər vurulmağa başladı. Eyni adama peyvənd iki mərhələdə - 1-ci peyvənddən iki həftə ötəndən sonra 2-ci vurulacaq.   Burda peyvəndlərin vurulması risk qrupları üzrə aparılacaq. İlk mərhələdə  həkimlər, yanğın söndürənlər, yaşı 65-dən yuxarı olanlar, astma xəstəliyinin daşıyıcıları peyvənd olunacaq.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu barədə ekspert Qubad İbadoğlu məlumat verib.
 
Q.İbadoğlu hesab edir ki, Azərbaycanda da ən geci yanvarın 1-dən  COVİD-19-a qarşı  peyvənd vurulmağa başlamalıdır: “Peyvəndləşmə hər bir Azərbaycan vətəndaşı üçün ödənişsiz olmalıdır. Mütərəqqi ölkələrdə tətbiq olunan yanaşmalar Azərbaycanda da tətbiq oluna bilər. Məlumatınız üçün qeyd edim ki, 2020-ci ilin əvvəlinə Azərbaycanda yaşı 65-70 arasında olan  əhalinin sayı 299,3 min nəfər, yaşı 70-dən yuxarı olanların sayı 420,6 min nəfərdir. Azərbaycanda aktiv vərəm xəstələrinin sayı 3613-dir, tənəffüs orqanlarının xəstəliklərinin daşıyıcıları 273,7 min nəfərdir. Böyük ehtimalla onların əksəriyyəti ahıl yaşında olanlardır. COVİD-19-a qarşı peyvəndin haradan alınması da ictimai diqqətdən kənarda qalmamalıdır. Bildiyim qədər hakimiyyət dairələrində Rusiya və ya  Çin mənşəli peyvəndin alınması müzakirə olunur. Şəxsən mən hər iki ölkədən peyvənd alınmasının əleyhinəyəm. Hesab edirəm ki, peyvəndin alınması ilə bağlı danışıqlar barədə əhaliyə müntəzəm məlumatlar verilməlidir. Bu məlumatlar arasında mənşə ölkəsi, effektivlik dərəcəsi, sayı, qiyməti kimi informasiyalara çıxış ictimai əlçatan olmalıdır. Eyni zamanda TƏBİB peyvəndləşmənin əhatə dairəsi və mərhələlərinə dair məlumatı da qısa zamanda açıqlanmalıdır”.

Вернуться назад