Главная > Dünya > Türkiyə dünyada analoqu olmayan PUA ilə gəlir - Tarix açıqlandı

Türkiyə dünyada analoqu olmayan PUA ilə gəlir - Tarix açıqlandı


21-12-2020, 10:37. Разместил: azadses
Türkiyə daha böyük və ağır sursat daşıyan və havadan havaya raket atma özəlliyi olan yeni pilotsuz uçuş aparatını yaxın zamanda təqdim edəcək.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi naziri İsmail Demir danışıb.
“Bir deyim var: köhnə təyyarə yoxdur, baxımsız təyyarə var. Təyyarələrimizin modernizasiyasını aparırıq. Mövcud PUA-larla yanaşı, daha böyük və ağır sursat daşıyan və havadan havaya raket atma özəlliyi olan yeni pilotsuz uçuş aparatları yaxın zamanda hazır olacaq”, - İ.Demir bildirib.


O əlavə edib ki, MİUS adlı pilotsuz qırıcı motorlu təyyarə layihəsi də olacaq.

Вернуться назад