Главная > Dünya > Avropa İttifaqı dövlətləri Böyük Britaniya ilə əlaqələri kəsir
Avropa İttifaqı dövlətləri Böyük Britaniya ilə əlaqələri kəsir21-12-2020, 09:07. Разместил: azadses |
Böyük Britaniyada koronavirusun mutasiyaya uğramış yeni formasının aşkarlanmasından sonra Avropa İttifaqına üzv olan azı 14 ölkə Birləşmiş Krallıqla nəqliyyat əlaqələrini kəsməyə və ya məhdudlaşdırmağa qərar verib. Bu barədə “Ria Novosti” agentliyi məlumat yayıb. Artıq Niderland və Belçika Böyük Britaniya ilə dəmir yolu əlaqəsini kəsib. Xatırladaq ki, Böyük Britaniyada koronavirusun mutasiyaya uğramış forması aşkarlanıb. Britaniya Səhiyyə Nazirliyindən bildirilib ki, yeni COVID-19 adi virusdan daha sürətlə yayılır.Oxu.az Вернуться назад |