Главная > Dünya > Türkiyədə “hər şey daxil” sistemi ləğv edilməyəcək
Türkiyədə “hər şey daxil” sistemi ləğv edilməyəcək20-12-2020, 17:00. Разместил: azadses |
Yeni növ koronavirus infeksiyasının yaratdığı risklərin hələ də davam etdiyi üçün Türkiyə kurortlarındakı hotellərdə “hər şey daxil” sistemi 2021-ci ildə də tətbiq ediləcək. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyənin turizm agentlikləri birliyinin rəhbəri Firuz Balıkaya “TASS”a bildirib. Onun sözlərinə görə, Türkiyə “hər şey daxil” sistemini uğurla tətbiq edərək ölkənin dünya turizmində rəqabət aparmasına imkan yaratdı. “Bu kütləvi turizm üçün son dərəcə təsirli bir məhsuldur. Pandemiya ilə əlaqədar olaraq sistemdə, xüsusən də yemək və içkilərin paylanması ilə bağlı bəzi düzəlişlər edilib. Bütün bu məhdudiyyətlər, əlbəttə ki, qonaqlarımızın və işçilərimizin sağlamlığını qorumaq üçün tətbiq olunub. Lakin xidmətin keyfiyyətində heç bir problem yaşanmayıb. 2021-ci ildə “hər şey daxil” sistemdə bütün gigiyenik qaydaların ən yüksək səviyyədə yerinə yetiriləcəyi il olacaq”. Вернуться назад |