Главная > Dünya > Koronavirusun daha sürətlə yayılan növü aşkarlandı

Koronavirusun daha sürətlə yayılan növü aşkarlandı


20-12-2020, 15:30. Разместил: azadses
Böyük Britaniyada müşahidə olunan, mutasiyaya uğramış yeni koronavirus növünün 70 faizə qədər daha yoluxucu olduğu öyrənilib.
''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, Baş nazir Boris Conson, yoluxmada artımın mutasiyaya uğramış koronavirusun yeni növü ilə əlaqəli olduğunu söyləyib. O bildirib ki, aşkar edilən yeni növ virus köhnədən 70 faizə qədər daha yoluxucudur.
Baş nazir paytaxt London, şərq və cənub-şərqdə virusa yoluxmada artım baş verməsi səbəbindən yeni məhdudlaşdırıcı tədbirlərin tətbiq olunacağını açıqlayıb.
İndiyədək ölkədə tətbiq olunan üç səviyyəli regional tədbirlər sisteminə dördüncü bir səviyyə əlavə edilib. Dekabrın 20-dən etibarən qüvvəyə minəcək tədbirlər çərçivəsində, qida satışı olmayan bütün mağazalar və idman yerlərinin bağlanması nəzərdə tutulur.

Вернуться назад