Главная > Dünya > Banqladeşdə avtobusla qatar toqquşub: 12 nəfər ölüb

Banqladeşdə avtobusla qatar toqquşub: 12 nəfər ölüb


19-12-2020, 14:22. Разместил: azadses
Banqladeşin şimalında yerləşən Caypurxat dairəsində avtobusla qatarın toqquşması nəticəsində azı 12 nəfər ölüb, 3 nəfər yaralanıb.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, məlumatı “Dhaka Tribune” yayıb.

Bildirilib ki, hadisə dekabrın 19-da yerli vaxtla səhər saatlarında baş verib.

Qəzaya səbəb olaraq dəmiryol keçidində işləyən əməkdaşın yataraq şlaqbaumu bağlamaması göstərilib.


Вернуться назад