Главная > Dünya > Britaniyanın baş naziri Avropa İttifaqını təhdid etdi
Britaniyanın baş naziri Avropa İttifaqını təhdid etdi18-12-2020, 08:02. Разместил: azadses |
Brüssel, ilk növbədə balıqçılıq sahəsindəki mövqeyini kökündən dəyişdirməlidir, əks təqdirdə Böyük Britaniya ilə Avropa İttifaqı arasında gələcək münasibətlər və sərbəst ticarət sazişi barədə heç bir razılaşma olmayacaq. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Boris Conson bəyan edib. Onun sözlərinə görə, tərəflər arasında mövqelərin yaxınlaşmasına baxmayaraq, fikir ayrılığı qalmaqdadır: “Çox az vaxt qalıb və indi Avropa İttifaqı mövqeyini əhəmiyyətli dərəcədə dəyişməsə razılığın əldə olunmayacağı ehtimalı çox yüksəkdir”. Вернуться назад |