Главная > Dünya > Xarkovun meri koronavirusdan ölüb
Xarkovun meri koronavirusdan ölüb17-12-2020, 11:42. Разместил: azadses |
Ukraynanın Xarkov şəhərinin meri Gennadi Kernesin koronavirus yaratdığı fəsadlardan dünyasını dəyişib. ''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, bunu onun dostu Pavel Fuks teleqramda yazıb. “Bu gecə mənim ən yaxın dostum Gennadi Kernesin ürəyi dayanıb”, - o bildirib. P.Fuksin sözlərinə görə, koronavirus infeksiyası G.Kernesin orqanizminin həyati orqanlarının işində ciddi fəsadlar yaratmışdı. Qeyd edək ki, sentyabrda G.Kernes ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Oktyabrda onun COVID-19 testi neqativ çıxıb. Ancaq onun sağlamlığı bərpa olunmayıb. Вернуться назад |