Главная > Dünya > Türkiyədə kütləvi zəhərlənmə - Ölənlər var
Türkiyədə kütləvi zəhərlənmə - Ölənlər var16-12-2020, 15:12. Разместил: azadses |
Türkiyənin Bursa şəhərində saxta spirtli içkidən zəhərlənmə qeydə alınıb. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, nəticədə 3 nəfər ölüb. Müalicəsi davam edən 11 nəfərdən 6-nın vəziyyəti ağırdır. Şəhərdə yaşanan zəhərlənmələr səbəbilə Bursa polisi genişmiqyaslı istintaqa başlayıb. Erhan O. və Uğur K. adlı şəxslər saxlanılıb. İstintaq çərçivəsində İstanbuldan Bursaya 50 litr saxta içki aparıldığı məlum olub. Onun 30 litri polis tərəfindən aşkarlanıb. Вернуться назад |