Главная > Dünya > Rusiyanın peyvəndi bu tarixdə nəticəsini göstərəcək - PROQNOZ

Rusiyanın peyvəndi bu tarixdə nəticəsini göstərəcək - PROQNOZ


15-12-2020, 13:45. Разместил: azadses
Rusiyanın “Sputnik V” peyvənd testinin nəticələri yanvar ayından etibarən əldə edilə bilər.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu RİA “Novosti”yə peyvəndin yaradıcısı Qamaleya Mərkəzinin direktoru Aleksandr Qintsburq deyib.
O bildirib ki, testlərin gələn ilin mayında başa çatacağına baxmayaraq, testin effektivliyinin nəticələri 2 ay ərzində özünü göstərə bilər.
Qeyd edək ki, “Sputnik V” dünyada ilk dövlət qeydiyyatına alınan peyvənddir. Təhlükəsiz, effektiv və uzunmüddətli mənfi təsirləri olmayan peyvənd insan adenoviral vektor platformasına əsaslanır.

Вернуться назад