Главная > Dünya > Bosniya rəhbərliyi Lavrovla görüşü BOYKOT ETDİ
Bosniya rəhbərliyi Lavrovla görüşü BOYKOT ETDİ15-12-2020, 13:23. Разместил: azadses |
Bosniya və Hersoqovina rəhbərliyi Rusiya XİN rəhbəri Sergey Lavrovu boykot edib. ''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu gün ölkənin Rəyasət Heyətinin sədrləri Komşiç (xorvat) və Caferoviç (Bosniya müsəlmanları) Lavrovla Sarayevo şəhərində planlaşdırılan görüşə qatılmayıblar. Əvəzində Rəyasət Heyətinin serbiyalı üzvü Dodik diplomatla görüş keçirib. Xorvat və Bosniya müsəlmanları icmasının boykot addımı Lavrovun 1995-ci ildə ölkədə vətəndaş müharibəsini dayandıran Deyton sazişini tənqid etməsi ilə əlaqələndirilir. Xatırladaq ki, Bosniya və Hersoqovina xorvat, serb və müsəlman icmasının seçdiyi 3 nəfərlik kollektiv Rəyasət Heyəti tərəfindən idarə olunur. Вернуться назад |