Главная > Dünya > Ermənistanda koronavirusdan ölənlərin sayı 2 529-a yüksəlib

Ermənistanda koronavirusdan ölənlərin sayı 2 529-a yüksəlib


15-12-2020, 10:05. Разместил: azadses
Ermənistanda daha 438 nəfərdə koronavirus aşkarlanıb.

“Azad Səs” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 149 120 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 26 nəfər artaraq 2 529-a çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 626-ya yüksəlib. İndiyədək 127 452 nəfər infeksiyadan sağalıb.

Hazırda ölkədə 18 513 aktiv koronavirus xəstəsi var.Report


Вернуться назад