Главная > Dünya > Koronavirusdan bu qədər insan öləcək - Bill Qeyts açıqladı
Koronavirusdan bu qədər insan öləcək - Bill Qeyts açıqladı14-12-2020, 17:28. Разместил: azadses |
"Microsoft"un təsisçisi Bill Qeyts koronavirusla bağlı CNN-ə açıqlama verib. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, milyarder aprel ayına qədər virus səbəbilə ABŞ-da 200 min insanın öləcəyini vurğulayıb: "Epidemiyada çox çətin bir mərhələ ilə üz-üzəyik. Qarşıdakı 4-6 ay ən ölümcül dövr ola bilər. Maska və sosial məsafə qaydalarına əməl etsək, bu ölümlərin böyük hissəsinin qarşısını ala bilərik. ABŞ-ın virusu daha yaxşı tənzimləyəcəyini düşünürdüm. 2015-də proqnozlarımı verərkən ölənlərin sayının daha çox olacağını demişdim. Virus indikindən indikindən daha pis ola bilər. Ən pis vəziyyət hələ yaşanmayıb. ABŞ bütün insanlığa kömək etməlidir. Dünya iqtisadiyyatının inkişafını istəyirik. Ölümləri minimuma endirmək istəyirik. Əsas texnologiya bir Alman şirkətinə məxsusdur. Buna görə də beynəlxalq paylaşımı və iş birliyini əngəlləmək xətaydı". Вернуться назад |