Главная > Dünya > Əfqanıstanda GÜCLÜ PARTLAYIŞ: ölənlər var

Əfqanıstanda GÜCLÜ PARTLAYIŞ: ölənlər var


13-12-2020, 16:36. Разместил: azadses
Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış törədilib.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bu barədə “Pajvok” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, hadisə nəticəsində ölənlər var. “Kabildə baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub, həmin sayda da insan yaralanıb”, - xəbərdə bildirilir.

İlkin məlumata görə, həlak olanlar və xəsarət alanlar mülki şəxslərdir.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.


Вернуться назад