Главная > Dünya > SON DƏQİQƏ: Qardaş ölkədə PARTLAYIŞ - 25 yaralı var...

SON DƏQİQƏ: Qardaş ölkədə PARTLAYIŞ - 25 yaralı var...


13-12-2020, 15:13. Разместил: azadses
Pakistanda polis bölməsinin yaxınlığında törədilmiş partlayış nəticəsində azı 25 nəfər xəsarət alıb.

''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, bu barədə "Samaa" telekanalı yerli polisə istinadən məlumat yayıb.

Qeyd edilir ki, hadisə Ravalpindi şəhərində baş verib. Xəsarət alanlar arasında uşaq da var. Azyaşlı da daxil olmaqla, zərərçəkənlərdən üçünün vəziyyəti ağırdır. Yaralılardan üçünə hadisə yerində tibbi yardım göstərilib.

Polisin ilki məlumatına görə, hadisə qumbara partlayışı ilə törədilib. Ərazi polis tərəfindən əhatəyə alınıb, təhqiqat aparılır.


Вернуться назад