TBMM sədri tvitter səhifəsində bu barədə yazıb: "Bəzi iranlı səlahiyyət sahibləri tərəfindən Cənab Prezidentimizə qarşı nümayiş etdirilən nalayiq davranışlar əsla qəbuledilməzdir".
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın 10 dekabrda Bakıda keçirilən paradda səsləndirdiyi şeir İranda əks-səda verib. Türkiyənin Tehrandakı səfiri XİN-ə çağırılaraq bu barədə izahat tələb olunub.