Главная > Dünya > İranda müxalif jurnalist edam edildi

İranda müxalif jurnalist edam edildi


12-12-2020, 10:49. Разместил: azadses
İranda "Amednews" media qurumunun baş redaktoru Ruhullah Zem edam olunub.
''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, məlumatı İranın rəsmi "IRNA" agentliyi yayıb. 2019-cu ildə həbs olunmuş jurnalist müxalif fəaliyyəti ilə tanınıb. Onun "İslam İnqilabına qarşı fəaliyyətlərinə görə" edam olunduğu bildirilir.
İslam İnqilabı Məhkəməsinin verdiyi qərarın Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmasından sonra edam bu gün gerçəkləşdirilib.

Вернуться назад