Главная > Dünya > Paşinyan yenidən səfərbərlik edir - Bu dəfə gizli şəkildə...

Paşinyan yenidən səfərbərlik edir - Bu dəfə gizli şəkildə...


11-12-2020, 16:15. Разместил: azadses
Ermənistanın baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyinə yeni səfərbərliklə bağlı tapşırıq verib.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, 44 günlük müharibədə məğlub olan və kapitulyasiya aktına imza atan Ermənistanda baş nazirin istefası ilə bağlı etirazlar davam edir.

Hakimiyyət etirazların qarşısını almaq üçün güc tətbiqi ilə yanaşı, müxtəlif inzibati resurslardan da istifadə edir. Bu resurslardan biri də Nikol Paşinyanın istefasını tələb edənlərin üç aylıq səfərbərliyə alınmasıdır.

“Antitod” hərəkatının rəhbəri Anahit Mutafyan bildirib ki, Nikol bununla bağlı Müdafiə Nazirliyinə tapşırıq verib.

“Onun istefasını tələb edənlər səfərbərliyə çağrılacaqlar. Bununla onların ağzını bağlamağa çalışırlar. Bu 90-cı illərdə istifadə edilmiş vasitələrdəndir. Bu dəfə bunun baş verməsinə imkan verməyəcəyik”, - Anahit deyib.

Вернуться назад