Главная > Dünya > Kosmik gəmi eniş zamanı partlayıb - Yanacaq çənində nasazlıq

Kosmik gəmi eniş zamanı partlayıb - Yanacaq çənində nasazlıq


10-12-2020, 17:13. Разместил: azadses
İlon Maskın "SpaceX" şirkəti tərəfindən hazırlanan "Starship" kosmik gəmisi eniş zamanı partlayıb.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, Texasdakı növbəti sınaq uçuşu zamanı kosmik gəmi 12,5 km yüksəkliyə qalxıb, sönüb və sonra mühərrikləri yenidən işə salıb, lakin yüksək sürət səbəbiylə eniş zamanı partlayıb.
Partlayışa baxmayaraq, İlon Mask testləri uğurlu adlandırıb.
Partlayış yanacaq çənindəki təzyiqin azalması səbəbindən meydana gəlib.

Вернуться назад