Главная > Dünya > ABŞ sabah vaksinasiyaya başlayacaq - AÇIQLAMA

ABŞ sabah vaksinasiyaya başlayacaq - AÇIQLAMA


10-12-2020, 12:43. Разместил: azadses
ABŞ-da ilk COVID-19 peyvəndinin bu gün rəsmi şəkildə təsdiqlənməsi gözlənilir.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, Qida və Dərman İdarəsinin nəzdindəki müstəqil mütəxəssislərdən ibarət şura “Pfizer” və “BioNTech” firmalarının istehsal etdiyi “BNT162b2” adlı peyvəndin təsdiqlənməsi üçün müzakirələrə başlayacaq.
Peyvənd təsdiqlənsə, ən tezi sabah ştatlara paylanması planlaşdırılır.
Qeyd edək ki, qurum 8 dekabrdakı açıqlamasında peyvəndin etibarlı və 95% effektiv olduğunu bildirmişdi.
Bundan başqa, “Moderna” şirkəti ilin sonuna qədər ABŞ-a 20 milyon peyvənd tədarük etməyi hədəfləyir.


Вернуться назад