Onun sözlərinə görə, Ermənistan yenidən qurulanda dünyanın hər yerindən ölkənin inkişafına töhfə verə biləcək erməniləri “maqnit kimi” özünə cəlb etmədi: “Mən onların sahib olduqları və digər ölkələrdə yaşamağın nəticəsi olan şəxsi və intellektual potensialı nəzərdə tuturam. Bu, əsas səbəbdir".
Kedminin fikrincə, siyasət güzəştə getmək bacarığıdır: "Lakin Ermənistan rəhbərliyi hər zaman ağıllı bir güzəştə getməkdən imtina edib, başqa yola üz tutmağı tərcih edir. Bu gün Ermənistan yeni inkişaf yolu tapmaq mərhələsindədir və bu fürsətdən düzgün istifadə olunarsa, keçmişdəki səhvlər düzəldilə bilər".