Главная > Dünya > Fransada kişi bıçaqla üç polisi yaraladı

Fransada kişi bıçaqla üç polisi yaraladı


10-12-2020, 08:04. Разместил: azadses
Fransanın Bollen şəhərində (ölkənin cənubunda - Red) bıçaqla silahlanmış kişi polislərə hücum edib.
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bu barədə “BFM” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, polisə şəhər ərazisində yerləşən evlərdən birinə naməlum şəxsin bıçaqla basqın etməsi barədə məlumat daxil olub.
Naməlum şəxs hadisə yerinə gələn polislərə də hücum edib. Onlardan biri qolundan, digəri ayağından, üçüncüsü isə qarın nahiyəsindən bıçaqlanıb.
Cinayətkar elektroşokerlə zərərsizləşdirilib və polis bölməsinə aparılıb. Hazırda hadisənin bütün təfərrüatları müəyyən edilir.

Вернуться назад