Главная > Dünya > Rusiyada DAHA BİR İLK: virusları aşkarlamaq üçün yeni test hazırlandı
Rusiyada DAHA BİR İLK: virusları aşkarlamaq üçün yeni test hazırlandı9-12-2020, 10:25. Разместил: azadses |
Rusiyada hüceyrə immunu testi dövlət qeydiyyatına alınıb. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Mixail Muraşko 12-ci Rusiya Dərman və Tibb Sənayesi İşçiləri Konqresində bildirib. Nazir qeyd edib ki, Rusiyada 90-dan çox koronavirus test sistemi hazırlanıb və qeydiyyatdan keçib. Bunların içində hüceyrənin immun sistemini ölçən test ən yenisidir: “Digərləri isə PZR, immunoqlobin təyini, təcili antigen testləridir”. Qeyd edək ki, hüceyrə immunu testi antitellərin deyil, təbii öldürücü hüceyrələr, T limfositlər və digər hüceyrəvi ünsürlərin daxil olduğu bir növ immun sistemi reaksiyasıdır. Müxtəlif viruslarla mübarizədə əhəmiyyətli rol oynayırlar. Xatırladaq ki, dünyada ilk dəfə Rusiya COVID-19 xəstəliyinə qarşı peyvəndi qeydiyyata alan ölkə olub. Вернуться назад |