Главная > Dünya > Ermənistanda daha 28 nəfər koronavirusdan ölüb

Ermənistanda daha 28 nəfər koronavirusdan ölüb


8-12-2020, 10:37. Разместил: azadses
Ermənistanda daha 584 nəfərdə koronavirus aşkarlanıb.
''Azad Səs'' xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 142 928 olub.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 28 nəfər artaraq 2 372-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 597-yə yüksəlib. İndiyədək 119 147 nəfər infeksiyadan sağalıb.
Hazırda ölkədə 20 812 aktiv koronavirus xəstəsi var.Report

Вернуться назад