Главная > Dünya > Tarixin ən böyük əməliyyatı - Türkiyədə yüzlərlə əsgər həbs olundu
Tarixin ən böyük əməliyyatı - Türkiyədə yüzlərlə əsgər həbs olundu8-12-2020, 09:39. Разместил: azadses |
Türkiyədə tarixin ən böyük FETÖ əməliyyatı keçirilib. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, 50 əyalətdə baş tutan əməliyyat nəticəsində 304 əsgər saxlanılıb. Onlardan 193-ü Quru Qüvvələri Komandanlığı, 111-i Hava Qüvvələri Komandanlığında xidmət edirmiş. FETÖ-nün Türkiyə Silahlı Qüvvələrində kök salmasına qarşı keçirilən əməliyyatda saxlanılanlar təşkilatın qondarma imamları ilə kabelsiz telefonlarla əlaqə qurmaları sayəsində aşkarlanıb. İzmir Baş Prokurorluğu həmin şəxslər haqqında həbs qərarı çıxarıb. Şübhəlilər arasında 5 polkovnik, 1 podpolkovnik, 1 minbaşı, 10 yüzbaşı, 53 baş leytenant, 5 leytenant, 221 kiçik leytenant, 7 çavuş rütbəli şəxs var. Вернуться назад |