Главная > Dünya > Ermənistanda Paşinyanın əleyhdarları sırasına icmalar da qoşuldu
Ermənistanda Paşinyanın əleyhdarları sırasına icmalar da qoşuldu8-12-2020, 08:55. Разместил: azadses |
Ermənistanın Şirak əyalətinin Azatan, Beniamin, Axuryan, Ovtaşen, Marmaraşen icmalarının rəhbərləri və administrasiyaların əməkdaşları respublikanın çoxsaylı icmalarına qoşulublar və ölkənin antimilli, fərasətsiz hakimiyyətinin – baş nazirin, habelə hökumətin təcili istefasını tələb edirlər. Bu barədə ''Report'' Ermənistan mediasına istinadən xəbər verir. "Bütün icma liderlərini və Ağsaqqallar Şurasının üzvlərini ən qısa zamanda istefa tələbinə qoşulmağa, Ermənistanın və erməni xalqının şərəf və ləyaqətini xilas etməyə çağırırıq", - deyə istefa tələbində bildirilir. Qeyd edək ki, icmalarla yanaşı, 150-dən çox vəkil də baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Vəkillər bildiriblər ki, Paşinyan hakimiyyətdə olduğu müddət ərzində hakimiyyətin bölünməsi prinsiplərini pozub, hakimlərin həbslərlə bağlı qərarlarına müdaxilə edib. O, eyni zamanda hakimləri təhqir etməkdə ittiham edilir. Вернуться назад |