Cənubi Afrika Respublikasında neftayırma müəssisəsi partlayıb
- 4-12-2020, 11:19
- Dünya
Cənubi Afrika Respublikasının cənub-şərqindəki Durban liman şəhərində “Engen” şirkətinə məxsus neftayırma müəssisəsində bu gün səhər güclü partlayış baş verib.
''Report'' “News24”ə istinadən xəbər verir ki, hadisə nəticədə bir nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.
KvaZulu-Natal əyalətinin fövqəladə xidmətinin sözçüsü Robert Makkenzi tüstüdən zəhərlənən 6 nəfərin xəstəxanaya yerləşdirildiyini, yaxınlıqda bir sıra evlərin də tutuşsa da, artıq yanğının söndürüldüyünü və həmin binalarda xəsarət alan olmadığını diqqətə çatdırıb.
Afrikada xam neft emalı sahəsində ən böyük şirkətlərindən olan “Engen” regionun 30 ölkəsində fəaliyyət göstərir. Durbandakı müəssisə CAR-da ən böyük hesab olunur.