Məşhur müğənni vəfat etdi - FOTO
- 24-09-2020, 10:40
- Dünya
Fransız müğənni Jülyett Qreko 94 yaşında vəfat edib.
''Azad Səs'' AZSABAH.COM-a istinadən xəbər verir ki, aktrisa Fransanın cənubundakı Ramatüel şəhərində, yaxınlarının yanında dünyasını dəyişib.
O, İkinci Dünya müharibəsi vaxtı Fransa müqavimət hərəkatına qoşularaq həbs edilib. Müğənni müharibədən sonra Fransanın ən parlaq ulduzlarından birinə çevrilib.
O, “Tom dayının daxması”, “Orfey”, “Generalların gecəsi” kimi filmlərdə çəkilib. Aktrisa Jan Kokto, İnqrid Berman, Orson Uels kimi rejissorlarla əməkdaşlıq edib.
Həmişə qara geyinən aktrisa Alber Kamü və Jan-Pol Sart kimi yazıçı-filosoflarların da ilham mənbəyinə çevrilib.
Jülyett Qreko 89 yaşına qədər səhnəyə çıxıb.