Bağdadda naməlum silahlılar azı 10 aksiya iştirakçısını öldürüb
- 7-12-2019, 02:09
- Dünya
Bağdadda naməlumsilahlılarınetirazçılara qarşısilahlı hücumu nəticəsində azı 10aksiya iştirakçısıölüb, onlarla adam yaralanıb.
Azadsəs“TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə cümə günü “Al Arabiya” məlumat yayıb.
Məlumata görə, mülki avtomobillərdə olan bir qrup silahlı şəxs Əl-Hilyani meydanına qədər gələrək oradakı etirazçılara atəş açıblar. Rəsmi mənbələr 7 nəfərin öldüyünü və 30-a yaxın yaralının olduğunu bildirib.
“Al Arabiya”nın məlumatına görə, etirazçılar ordunu baş verənlərə müdaxiləyə və onları müdafiə etməyə çağırıb.
Buna qədər “Reuters” agentliyi 6 nəfərin ölməsi barədə xəbər vermişdi. Bildirilirdi ki,hadisə Bağdadın mərkəzindəki Təhrir meydanında baş verib.