KİV: Pakistan iqtidarı və müxalifət gərginliyin azaldılması üçün danışıqlara başlayıb
- 24-12-2024, 08:00
- Dünya
Pakistan hakim partiyalar koalisiyasının və müxalif “Ədalət Hərəkatı”nın (ƏH) maraqlarını təmsil edən komitələr ölkədəki siyasi gərginliyin azaldılmasına yönəlmiş danışıqların ilk mərhələsini keçiriblər.
“Report” xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, dekabrın 23-də keçirilmiş görüş yalnız başlanğıc mərhələsi olub və əsl partiyalararası məsləhətləşmələr 2025-ci il yanvarın 2-də başlanacaq.
Hazırda tərəflər razılığa gəliblər ki, ƏH nümayəndələri növbəti danışıqlar mərhələsinə yazılı şəkildə tələblər və şikayətlər siyahısı hazırlayacaqlar və bu siyahı sonradan hökumət komitəsinə baxılması üçün təqdim ediləcək.
Nəşrin məlumatına görə, hazırda ƏH iqtidardan öz fəallarının və tərəfdarlarının həbsdən azad edilməsinə, həmçinin 2023-cü il 9 may iğtişaşları və 2024-cü il 26 noyabr etirazının məhkəmə araşdırmasının aparılmasına nail olmağa çalışır.