İtaliya Baş nazirinin müavini: Pavel Durovdan sonra İlon Mask susdurula bilər
- 26-08-2024, 08:52
- Dünya
“Telegram” messencerinin təsisçisi Pavel Durovdan sonra susdurulacaq növbəti şəxs amerikalı iş adamı, “X” sosial şəbəkəsinin sahibi İlon Mask ola bilər.
“Report” xəbər verir ki, bu barədə İtaliyanın Baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini feysbuk səhifəsində yazıb.
Siyasətçinin fikrincə, Avropa artıq senzuraya, “rejimin üfunət iyinə” yaxındır:
İroniya ilə “Yaşasın düşüncə və söz azadlığı” yazan İtaliya Baş nazirinin müavini bildirib: “Bundan sonra kim susacaq? Hesab edirəm növbəti İlon Mask ola bilər”.
Qeyd edək ki, avqustun 24-də Fransada “Telegram” sosial şəbəkəsinin yaradıcısı Pavel Durov həbs edilib. İş adamı saat 20:00 radələrində (Bakı vaxtı ilə 2”:00) Le Burje hava limanında şəxsi təyyarəsindən enərkən saxlanılıb.