Orban Moskvaya səfəri ilə bağlı tənqidlərə cavab verib
- 6-07-2024, 11:19
- Dünya
Macarıstanın Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli imkanlarını müzakirə etdiyi Moskvaya səfəri ilə bağlı Aİ rəhbərliyinin tənqidlərini rədd edib.
"Report" xəbər verir ki, Macarıstan hökumətinin başçısı Brüssel bürokratiyasının özünün hələ də müharibə aparan tərəflər arasında münasibətlərin normallaşması üçün heç nə etmədiyini xatırladıb.
“Məhz bu Brüssel bürokratik cəfəngiyyatı Rusiya-Ukrayna müharibəsində sülhə yol tapmaqda heç bir nəticə vermədi, əgər müharibəni bitirmək istəyiriksə, bizə bürokratik deyil, siyasi yanaşma lazımdır”, – deyə Orban sosial şəbəkədə yazıb.