Boris Conson Trampın məhkəməsini “siyasi qətl” adlandırıb
- 1-06-2024, 10:30
- Dünya
ABŞ-ın keçmiş prezidenti (2017-2021) Donald Trampın mühakimə olunması indiki Amerika hakimiyyətinin siyasi motivləri ilə bağlıdır.
“Report” xəbər verir ki, bunu İngiltərənin keçmiş Baş naziri (2019-2022) Boris Conson “The Daily Mail”də dərc olunan məqaləsində bildirib.
Conson əlavə edib ki, bu, açıq-aşkar siyasi və tamamilə süni bir işdir:
“Bu məhkəmə və hökmlə bağlı Tramp tərəfdarlarının fikirlərini bölüşürəm. Əgər demokratik prosesə xələl gətirmək cəhdləri olubsa, bu, onun düşmənlərinin Donald Trampı seçkidən kənarda saxlamaq və Amerika xalqının ona səs vermək imkanından məhrum etmək üçün qanundan istifadə etmək cəhdləridir. Demokratik partiyadan olan prokurorlar özlərini çox ağıllı hesab edirlər. Al Kaponeni vergidən yayındığına görə həbs etmiş kimi, bu texnikaya görə Trampı yıxırlar.
Trampa qarşı hökm şəklində “siyasi qətl” onun reytinqini yüksəldəcək. Çox sayda amerikalı seçici həqiqətən nə baş verdiyini görə bilir: Trampın davamlı populyarlığından və seçicilərlə rezonans yaratmaq bacarığından şoka düşən liberal elita onun kampaniyasını pozmaq üçün əllərindən gələni edirlər”.