İranda silahlı qruplar arasında toqquşma zamanı 28 nəfər yaralanıb
- 31-05-2024, 10:27
- Dünya
İranın Rezevi-Xorasan əyalətinin Məşhəd şəhərində baş verən silahlı toqquşma nəticəsində biri polis əməkdaşı olmaqla 28 nəfər yaralanıb.
Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, hadisə Əhmədabadda qeyd alınıb. İki silahlı qruplaşmanın toqquşması nəticəsində qruplaşma üzvlərindən 8-i və daha 19 nəfər xəsarət alıb.
Hadisə yerinə gələn polis əməkdaşları qruplaşma üzvləri tərəfindən atəşə tutulub. Nəticədə bir polis əməkdaşı yaralanıb.
Polis insidentlə bağlı əməliyyata başlayıb, münaqişə tərəflərindən 19 nəfər saxlanılıb, həmçinin çoxlu sayda silah götürülüb.
Məlumata görə, hadisəyə yeniyetmə qıza qarşı qeyri-etik hərəkət səbəb olub.