Nigeriyada silahlılar yüzdən çox mülki vətəndaşı girov götürüblər
- 12-05-2024, 15:30
- Dünya
Nigeriyanın şimal-qərbində silahlılar tərəfindən yüzdən çox mülki şəxs girov götürülüb.
Məlumata görə, silahlılar üç kəndə hücum edərək sakinləri özləri ilə aparıblar.
Bildirilir ki, girovların dəqiq sayı məlum deyil. İndiyədək 38 kişi və 67 qadın itkin düşüb.
Nigeriyada son zamanlar əhalinin sıx məskunlaşdığı ərazilərə, dəmir yollarına və təhsil müəssisələrinə hücumlar zamanı insanların girov götürülməsi tez-tez baş verən hadisəyə çevrilib. Cinayətkarlar bu hərəkətləri bir qayda olaraq pul almaq məqsədilə həyata keçirirlər.
Mənbə: TASS