ABŞ Konqresinin aşağı palatasının spikeri DTN rəhbərinə qarşı impiçment maddələrini imzalayıb
- 16-04-2024, 11:19
- Dünya
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson (Luiziana ştatından olan respublikaçı) Daxili Təhlükəsizlik Nazirliyinin (DTN) rəhbəri Alexandro Mayorkasın impiçmenti haqqında maddəni imzalayıb.
"Report"un məlumatına görə, o, müvafiq bəyanatı “X”dəki səhifəsində yayıb.
"Bu gün mən nazir Mayorkasa qarşı impiçment maddələrini imzaladım. Sabah onlar Senata göndəriləcək", - o qeyd edib. Conson ABŞ-nin cənub sərhədindəki böhranı "bir nömrəli problem" adlandıraraq, "bunun arxasında duranların məsuliyyətə cəlb edilməsinin zəruriliyini" qeyd edib.
O, həmçinin Konqresin yuxarı palatasındakı demokratik çoxluğun lideri Çak Şumeri (Nyu-York ştatından) DTN rəhbərinin impiçmenti ilə bağlı “ictimai məhkəmə prosesi” keçirməyə çağırıb.