ABŞ və Böyük Britaniya qüvvələri husilərin mövqelərinə intensiv zərbələr endirib
- 12-03-2024, 09:40
- Dünya
ABŞ və Böyük Britaniya qüvvələri husilərin nəzarətində olan Yəmənin Əl-Hodeyda əyalətinin ərazisinə azı 14 zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.
Məlumata görə, koalisiya qüvvələri əyalətin bir neçə ərazisinə, o cümlədən Qırmızı dəniz sahillərində yerləşən Ras İsa limanına hücum edib. Mümkün qurbanlar və xəsarət alanlar barədə məlumat verilmir.
Telekanal qeyd edir ki, bu, ABŞ və Böyük Britaniyanın Yəməndəki husi hədəflərinə ilk hücumdan - yanvarın 12-dən bəri ən intensivi olub.