Fransa hərbçiləri dekabrın 22-dək Nigeri tərk edəcək
- 13-12-2023, 14:42
- Dünya
Nigerdə qalan Fransa hərbçiləri dekabrın 22-dək bu ölkəni tərk edəcək.
“Report” xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Bildirilib ki, həmin dövrə qədər bütün fransız hərbçiləri, eləcə də onların texnikası Nigerdən tamamilə çıxacaq.
Niger hakimiyyətinin nümayəndəsinin ORTN televiziyasına verdiyi məlumata görə, Fransanın 1346 hərbi qulluqçusu və bu ölkənin texnikasının 80 faizi artıq ölkəni tərk edib. Hazırda Nigerdə Fransa kontingentinin 157 üzvü qalır, onlardan 75-i texniki heyətdir.