azadses.az » Dünya » Alimlər ilk dəfə qalaktikadan kənarda yerləşən bir ulduzun protoplanet diskini müşahidə ediblər

Alimlər ilk dəfə qalaktikadan kənarda yerləşən bir ulduzun protoplanet diskini müşahidə ediblər

Alimlər ilk dəfə olaraq Süd Yolu qalaktikasından kənarda yerləşən bir ulduzun protoplanet diskini müşahidə etməyə müvəffəq olublar.

Bu barədə “Report”a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, tədqiq olunan massiv HH 1177 ulduzu Yerdən 160 000 işıq ili məsafədə, Böyük Magellan Buludunda yerləşir. 15 Günəş kütləsinə malik ulduzun tədqiqinə 2019-cu ildən Avropa Cənub Rəsədxanasında (ESO) VLT (Very Large Telescope) MUSE (Multi Unit Spectroscopic Explorer) qurğusu vasitəsilə alınmış materiallarla başlanıb. Daha sonra obyekt ALMA (Atacama Large Millimeter/submillimeter Array) vasitəsilə yenidən müşahidə olunub və ulduzun protoplanet diskinə malik olması təsdiqlənib.

Qeyd edək ki, yeni doğulmuş ulduz, ətrafındakı qaz və tozu cəzb etməyə davam edir. Qravitasiya qüvvəsinin təsiri altında isə həmin qaz və toz, ulduzun ətrafında akresiya diski formalaşdırır. HH 1177 kimi massiv ulduzların həyatı Günəş tipli ulduzlarla müqayisədə çox qısa olduğundan bu tip ulduzların təkamülünün ilkin mərhələsinin müşahidəsi nadir hadisədir. Bizim qalaktikada ulduz və protoplanet diskinin öz formalaşdığı maddə ilə əhatə olunması onun müşahidəsini çətinləşdirir. Lakin Böyük Magellan Buludunda ulduzların əmələ gəldiyi material Süd Yolundan fərqlidir. Belə ki, N180 ulduzəmələgəlmə bölgəsində tozun miqdarı az olduğundan, HH 1177 örtüklə əhatələnməyib və o, uzaqda yerləşməsinə baxmayaraq protoplanet diski aydın müşahidə olunur.

Tədqiqat qrupu ulduzdan püskürülən jetləri qeydə alıblar, bu isə akresiya diskinin mövcudluğunun əlamətidir. Bunu təsdiq etmək üçün alimlər ulduzun ətrafında hərəkət edən sıxlaşmış qazın sürətinin istiqamətdən asılı olaraq dəyişməsini ölçüblər. Çünki sürət fərqi astronomlara ulduzun ətrafında diskin əmələ gəlib-gəlmədiyini müəyyən etməyə imkan verir. Bu kəşf alimlərə ulduz-planet sisteminin necə formalaşdığını təhlil etmək üçün əvəzsiz tapıntıdır.

Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?