Kılıçdaroğlu CHP-nin yeni lideri Özgür Özəli təbrik edib
- 5-11-2023, 08:51
- Dünya
Kamal Kılıçdaroğlu CHP-nin 38-ci növbədənkənar qurultayında sədr seçilən Özgür Özəli təbrik edib.
"Report" xəbər verir ki, bununla bağlı K.Kılıçdaroğlu "X" sosial şəbəkə hesabında paylaşıb.
“Ulu Öndərimiz Atatürkün etibarını bu günə qədər şərəflə daşımışam. Bu gün qurultay nümayəndələrimizin verdiyi qərarla sədrlik postunu təhvil verirəm. Bu günə qədər mübarizəmizə dəstək olan hər kəsə təşəkkür edirəm. Yeni sədrimiz Özgür Özəl, sizi təbrik edir, uğurlar arzulayıram”, - paylaşımda deyilir.
Qeyd edək ki, Türkiyədə keçmiş prezidentliyə namizəd Kamal Kılıçdaroğlu ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr kürsüsündən imtina edib. O, 13 ildən sonra Ankarada keçirilən səsvermədə lazımi dəstəyi ala bilməyib. Müxalifət qüvvələrinin yeni lideri isə Manisa vilayətindən olan millət vəkili Özgür Özel olub. Kılıçdaroğlu ikinci turda 534, Özel isə 811 səs toplayıb.
CHP 1923-cü ildə Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürk tərəfindən yaradılıb. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasından (AKP) sonra ölkədə ikinci güclü siyasi qüvvədir. Builki parlament seçkilərində CHP Türkiyə Böyük Millət Məclisində 169, AKP isə 268 mandat qazanıb.