Hərbi administrasiya rəhbəri Ukraynanın cənubunda dağıntılar, itkilər və nailiyyətləri açıqlayıb - EKSKLÜZİV
- 19-10-2023, 14:35
- Dünya
"Ötən ayla müqayisədə ərazimizin atəşə tutulması 1,5-2 dəfə artıb. Sutkada orta hesabla təxminən 130-150 zərbə endirilir. Daha çox mülki yaşayış məntəqələri atəşə tutulur".
Bu fikirləri "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Zaporojye vilayəti hərbi administrasiyasının rəhbəri Yuri Malaşko bildirib.
O qeyd edib ki, zərbələr daha çox mülki infrastruktur obyektlərinə endirilir: "Zərbələr nəticəsində sutkada orta hesabla 20-30 ev dağılır. Bunlar əsasən, birmərtəbəli evlərdir. Müharibə başlayandan bəri Orexovoda 26 uşaq daxil olmaqla 437 nəfər ölüb, 1500-dən çox insan yaralanıb. Təxminən 50 nəfər itkin düşüb".
Yuri Malaşko deyib ki, vilayətdə indiyədək 8 mindən çox bina dağılıb: "Buraya həm vilayətin işğal altındakı, həm də nəzarətimizdə olan ərazilər daxildir. Ukrayna Silahlı Qüvvələri vilayətin 4 yaşayış məntəqəsini azad edib".